Bir ay ərzində dövlət sərhədində axtarışda olan 349 nəfər tutulub

Bir ay ərzində dövlət sərhədində axtarışda olan 349 nəfər tutulub

02 Sentyabr 2025

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində avqust ayında dövlət sərhədində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 349 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 590 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 53 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.