
Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, mənzillərin açarları təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülüb.