Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

08 Sentyabr 2025

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə kəndə 105 nəfərdən ibarət 29 ailə köçürülür.

Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə köçürülən ailələrin sayı 51-ə (158 nəfər) çatacaq.