Ötən il 10 mindən çox insan azad olunan ərazilərə köçürülüb

Ötən il 10 mindən çox insan azad olunan ərazilərə köçürülüb

14 Mart 2025

Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavəndə köçürülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 2024-cü il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhərinə 163 ailə (536 nəfər), Laçın rayonunun Zabux kəndinə 14 ailə (40 nəfər), Laçın rayonunun Sus kəndinə 59 ailə (215 nəfər), Cəbrayıl şəhərinə 287 ailə (1169 nəfər), Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhərinə 443 ailə (1744 nəfər), Şuşa şəhərinə 369 ailə (1388 nəfər), Xocalı şəhərinə 46 ailə (179 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 48 ailə (271 nəfər) olmaqla ümumilikdə 1429 ailə (5542 nəfər) köçürülüb.

Sənəddə vurğulanıb ki, 2024-cü il ərzində 1251 nəfər, o cümlədən Füzuli şəhəri üzrə 469, Laçın şəhəri üzrə 265, Şuşa şəhəri üzrə 113, Laçın rayonunun Zabux kəndi üzrə 133 və Sus kəndi üzrə 37, Xocalı şəhəri üzrə 29, Cəbrayıl şəhəri üzrə 59, Zəngilan rayonunun Ağalı kəndi üzrə 129, Tərtər rayonunun Talış kəndi üzrə 7 və Xocalı rayonu Ballıca kəndi üzrə 10 nəfər vakansiyalar üzrə işlə təmin edilib. Ümumilikdə, indiyədək işlə təmin edilənlərin sayı 3,4 min nəfəri ötüb.