Ötən il 16 vəzifəli şəxs cərimələnib

Ötən il 16 vəzifəli şəxs cərimələnib

14 Mart 2026

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 2025-ci ildə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı fiziki işlərə cəlb edilməsi ilə bağlı 22 fakt üzrə müraciət araşdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, bu məlumatlar əsasında 8 hüquqi şəxs barəsində iş üzrə icraata başlanılıb və inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilib. Xidmət tərəfindən 16 vəzifəli şəxs barəsində inzibati qərarlar qəbul edilib və 51.7 min manat məbləğində inzibati cərimə tətbiq olunub.