Parlamentdə ailə, qadın və uşaqlarla bağlı dinləmələr keçiriləcək
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planı hazırlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, payız sessiyası ərzində ailə, qadın və uşaq hüquqları ilə bağlı müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Komitənin fəaliyyət sahəsinə aid məsələlər üzrə ictimai dinləmələrin keçirilməsi də nəzərdə tutulur. İclaslara aidiyyəti dövlət qurumlarının nümayəndələri dəvət ediləcək.
İş planına komitəyə daxil olan qanun layihələrinin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi də daxil edilib.
Bundan başqa, dövlət orqanları və vətəndaşlardan daxil olan təkliflərin təhlil edilərək ümumiləşdirilməsi, müraciətlərə baxılması və vətəndaş qəbullarının keçirilməsi planlaşdırılır.
Sənəddə Prezident, Milli Məclisin deputatları, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, eləcə də seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü əsasında təqdim etdiyi layihələrin müzakirəsi nəzərdə tutulub.








