
Qadınlarla bağlı növbəti maarifləndirici tədbir keçirilib - FOTO
Martın 14-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhərində “Ləzzət Qida Sənaye” MMC ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləvğ edilməsi haqqında Konvensiyanın 30 illiyinin qeyd edilməsi ilə əlaqədar “Qadınların iş yerlərində ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması və onlar üçün bərabər iş imkanlarının yaradılması” mövzusunda maarifləndirici tədbiri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə “Ləzzət Qida Sənaye”MMC-nin hüquqşünası Azad Rəcəbov açaraq bu mövzunun əhəmiyyətli olduğundan bəhs edib.
Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirmişdir ki, qadınlara edilən güzəştlər və imtiyazlar, müxtəlif ölkələrdə sosial bərabərlik, cinsiyyət bərabərliyi və qadınların hüquqlarını dəstəkləmək məqsədilə tətbiq edilir. Bu cür tədbirlər, ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sahələrdə qadınların sosial, iqtisadi və siyasi həyatdakı iştirakını artırmağa yönəlir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşı Cavad Cavadov qadınların bərabər hüquqlara sahib olmaları və iş yerlərində qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması üçün qanunların mövcud olduğunu iştirakçıların nəzərinə çatdırmışdır.
28 nəfərin iştirak etdiyi tədbir diskussiya şəklində olub.