Qızıl və gümüş neçəyə satılır?

Qızıl və gümüş neçəyə satılır?

17 Avqust 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,21% artaraq 4446,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 0,69% artaraq 65,56 dollar təşkil edib.