Ramilə Seyidova Komitədə təcrübə keçəcək tələbələrlə göruş keçirib - FOTO
Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 21 fevral 2025-ci il tarixdən istehsalat təcrübəsinə başlayıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşü giriş sözü ilə açan Ramilə Seyidova ilk öncə təcrübə keçəcək tələbələri salamlamış, onlara gələcək təcrübə və fəaliyyətlərində uğur arzu etmişdir. Komitə sədri qeyd etmişdir ki, Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə əsasən aidiyyəti tələbələrin Komitədə istehsalat təcrübəsi keçirməsi müəyyənləşdirilmişdir. Daha sonra Komitənin fəaliyyət istiqamətindən, hüquq və vəzifələrindən, iş prinsipindən bəhs etmişdir. Təcrübəçi tələbələrin hüquq və vəzifələrini onların diqqətinə çatdırmışdır. Komitə tərəfindən onların üzərinə təhkim olunmuş nümayəndəni təcrübəçilərə təqdim etmiş və bir daha uğurlar arzulamışdır.
Daha sonra Komitənin sədr müavini Aytən Məmmədova, Aparatın rəhbəri Eltun Həziyev, şöbə müdirləri Vüsalə Vəliyeva və Gülər Əhmədova çıxış etmiş, tələbələrə öz fikir və tövsiyələrini bildirmiş, onlara istehsalat təcrübələrində uğurlar arzulamışlar.
İstehsalat təcrübəsi 25 aprel 2025-ci il tarixində yekunlaşacaqdır.