“REGES Usta Günləri” layihəsi Naxçıvan şəhərində start götürüb -

“REGES Usta Günləri” layihəsi Naxçıvan şəhərində start götürüb - FOTO

19 İyul 2026

REGES Tikinti Materialları Zavodu tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində uğurla həyata keçirilən “REGES Usta Günləri” layihəsinin növbəti mərhələsinə Naxçıvan şəhərində start verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, regionlarda təşkil olunan görüşlərin uğurla başa çatmasının ardından layihənin daha genişmiqyaslı mərhələsi artıq Naxçıvan şəhərində davam etdirilir.

Layihənin əsas məqsədi tikinti sahəsində çalışan ustaların, briqada rəhbərlərinin və sahə mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının artırılması, onları müasir tikinti texnologiyaları, innovativ məhsullar və yeni tətbiq metodları ilə yaxından tanış etməkdir.

“REGES Usta Günləri” çərçivəsində iştirakçılara praktik məlumatlar təqdim olunur, peşəkar təcrübə mübadiləsi aparılır və sahə nümayəndələri ilə birbaşa ünsiyyət imkanları yaradılır.

Qeyd edək ki, layihə tikinti sektorunda keyfiyyət standartlarının yüksəldilməsi, peşəkar əməkdaşlığın gücləndirilməsi və yerli mütəxəssislərin bilik səviyyəsinin artırılmasına töhfə verən mühüm təşəbbüslərdən biri hesab olunur.