Rəhman Hümmətov: "Naxçıvanda yeni elektrobuslar istismara veriləcək"

Rəhman Hümmətov: "Naxçıvanda yeni elektrobuslar istismara veriləcək"

28 Yanvar 2026

Bu il Naxçıvanda yeni elektrik avtobusların istismara verilməsi planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ölkədə avtobus parkı yenilənir: "Bu il Naxçıvan Muxtar Respublikasında yeni avtobusların istismara verilməsi planlaşdırılır. Burada elektrik avtobuslarının istismara verilməsi nəzərdə tutulub. Bundan başqa, azad edilmiş ərazilərdə yeni avtobusların istismara veriləcəyi gözlənilir".