Sahibə Qafarova: Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib

Sahibə Qafarova: Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib

29 Oktyabr 2025

Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, ötən əsrin sonlarında Azərbaycana qarşı hərbi təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı:

"Belə bir məqamda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş konstitusiyada xalqın suverenliyi, qanunun aililiyi və digər əsas amillər əsas götürüldü".

S.Qafarova Azərbaycan ərazilərinin 30 illik işğaldan azad olunması ilə suverenliyinin tam bərpa edildiyini vurğulayıb:

"Bildiyiniz kimi, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi 30 il işğal altında olub. 2020 ci İlin Vətən müharibəsində 2023-cü ilin antiterror tədbriləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bərpa edildi".

Spiker qeyd edib ki, hazırda parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndiirlməsində böyük rol oynaya bilər:

"Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib. Birgə səylərlə yeni çağırışlara qoşulmaq və bütün dünyada sülh və sabitliyin təmini mümkündür".