Şərur və Kəngərli rayonlarında yanğın hadisələri baş verib -

Şərur və Kəngərli rayonlarında yanğın hadisələri baş verib - FOTO

23 Mart 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndində heyvandarlıq fermasında, Kəngərli rayon Qıvraq qəsəbəsində isə fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumatlar daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumatlarla əlaqədar dərhal Şərur və Kəngərli rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.

Siyaqut kəndində hadisə nəticəsində 400 m² sahəsi olan fermanın bir tikilisinin çardaq-tavan hissəsi və içərisində olan 150 metr 75 diamtrli plastik boru yanıb, iki 600 m² və 200 m² sahəsi olan digər tikililər yanğından mühafizə olunub.

Qıvraq qəsəbəsində 1 mərtəbəli, 3 otaqlı, 144 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 18 m² tavan hissəsi yanıb, evin 126 m² tavan hissəsi və digər hissələri içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.