Sirab kəndində 5,5 km-lik yeni içməli su xətti çəkilir
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Sirab kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 5,5 km-lik yeni içməli su xətti çəkilir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, layihə çərçivəsində diametri 225 millimetr olan yeni içməli su xəttinin çəkilişi həyata keçirilir.
Xəttin ümumi uzunluğu 5500 metr təşkil edir ki, bunun da 3000 metri yeni çəkilən hissədir.
Hazırda 2500 metr məsafədə boruların qaynaq işləri uğurla tamamlanıb. Tikinti-quraşdırma işləri mövcud qrafikə uyğun şəkildə davam etdirilir.
Layihə yekunlaşdıqdan sonra mövcud 2 ədəd subartezian quyusundan çəkilən xətlərin mənsəbində quraşdırılacaq subölüşdürücü qurğu vasitəsilə kəndin içməli su təchizatı daha da yaxşılaşdırılacaq.








