Türkiyədə güclü zəlzələ olub
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Yeraltı təkanları ocağı 5,99 kilometr dərinlikdə yerləşib.
Dağıntı barədə məlumat yoxdur.








