Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir

01 İyul 2026

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir", - Avropa Komissiyasının rəhbəri deyib.

O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib.

"Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir", - o əlavə edib.