Uzunoba Su Anbarının ətrafı tullantılardan təmizlənib -

Uzunoba Su Anbarının ətrafı tullantılardan təmizlənib - FOTO

12 Sentyabr 2025

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 12 sentyabr tarixində Uzunoba Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Təmiz ölkəm” devizi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər iştirak ediblər. Ərazi ümumilikdə 90 kiloqramdan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.