Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıblar

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıblar

10 Dekabr 2025

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

Görülmüş müvafiq tədbirlərlə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilmiş, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar.

Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilib.