Xətai məhəlləsində ikinci qat asfalt örtüyünün döşənməsinə başlanılıb -

Xətai məhəlləsində ikinci qat asfalt örtüyünün döşənməsinə başlanılıb - FOTO

05 Oktyabr 2026

Xətai məhəlləsində avtomobil yolunun asfalt-beton örtüyü ilə təmin olunması istiqamətində işlərin növbəti mərhələsinə keçid alınıb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə uzunluğu 7,7 kilometr olan avtomobil yolunda ikinci qat asfalt-beton örtüyünün salınmasına başlanılıb.  Hazırda yolun 300 metrlik hissəsinə ikinci qat asfalt örtüyü salınıb. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, avtomobil yolunun 7,7 kilometrlik hissəsi birinci qat asfalt-beton örtüyü ilə təmin olunub.