Zaur Mikayılov: "Ötən il Azərbaycanda su mənbələrindən 11,5 milyard kubmetr su götürülüb"

Zaur Mikayılov: "Ötən il Azərbaycanda su mənbələrindən 11,5 milyard kubmetr su götürülüb"

25 May 2026

Azərbaycanda ötən il bütün su mənbələrindən 11,5 milyard kubmetr həcmində su götürülüb, suayırıcılarından verilmiş 7,5 milyard kubmetr su hesabına, ümumilikdə, 1 milyon 485 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

"Həmin il çərçivəsində istismar planına əsasən suvarma şəbəkələrində 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. 842 ədəd nasos stansiyası, 6378 ədəd subartezian quyusu, 2779 ədəd hidrotexniki qurğu təmir edilib. Əkin və suvarma sahəsində qurumlar arasında koordinasiyalı və səmərəli fəaliyyətin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında birgə Fəaliyyət Planı təsdiq edilmiş və suvarma suyunun təminatında meydana çıxan bütün çətinliklərin operativ qaydada həll edilməsi üçün İşçi qrupu yaradılıb. Birgə Fəaliyyət Planı çərçivəsində suvarılan torpaqlarda rayonlar, təqvim ayları və ongünlüklər üzrə suvarma qrafikləri tərtib edilmiş, respublika ərazisində mütəşəkkil suvarma əsasən təmin edilib".