Ali Məclisin deputatı ŞKTC-də beynəlxalq konfransda iştirak edib - FOTO
Martın 25-də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) beynəlxalq konfrans keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən “Qarabağ Azərbaycandır!” Koordinasiya Dərnəyinin təşkilatçılığı ilə Şimali Kiprin Doğu Akdeniz Universitetində baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Türk dünyasının geosiyasi əhəmiyyəti və türk dövlətlərinin müasir dövrdə rolu" mövzusunda keçirilən təhsil və elm seminar-konfransında Azərbaycanı Naxçıvan Ali Məclisinin deputatı Üzeyir Məmmədov təmsil edib. Konfrans çərçivəsində türk dövlətləri arasında əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Tədbirdə alimlər, siyasətçilər və ekspertlər çıxış edərək türk dünyasının qlobal geosiyasətdəki mövqeyini və inteqrasiya proseslərini qiymətləndiriblər.