
Naxçıvanda martın 29-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çağacağı, bəzi ərazilərə isə dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi yerlərdə isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 3-8°, gündüz isə 17-22° isti olacağı proqnozlaşdırılır.