Naxçıvanda martın 25-nə olan hava proqnozu

Naxçıvanda martın 25-nə olan hava proqnozu

25 Mart 2025

Naxçıvan Muxtar Respublikasında  martın 25- gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərə arabir yağış yağacağı və şimşək çağacağı, bəzi dağlıq yerlərdə isə qar yağacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 9-14 metr arasında dəyişəcəyi, bəzi yerlərdə isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6°,  gündüz isə 12-17° isti olacağı proqnozlaşdırılır