Naxçıvanda martın 27-nə olan hava proqnozu

Naxçıvanda martın 27-nə olan hava proqnozu

27 Mart 2025

Naxçıvan Muxtar Respublikasında  martın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə duman olacağı proqnozlaşdırılır. Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 2-7°,  gündüz isə 20-25° isti olacağı gözlənilir.