Azərbaycan paralimpiyaçısı İtaliyadakı turnirə qatılıb

Azərbaycan paralimpiyaçısı İtaliyadakı turnirə qatılıb

29 Mart 2025

Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində çıxış edir.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.

Qeyd edək ki, martın 30-da başa çatacaq turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.