
Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazanıblar
Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarışıq cütlük 19.350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.