Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib

18 Mart 2025

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclası giriş sözü ilə açan MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının fəaliyyəti haqqında məlumat verib.

İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Təranə Abbasova (ağırlıqqaldırma), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri seçilib.