Maliyyə Nazirliyinin kollektivi şəhid övladlarını Novruz bayramı münasibətilə təbrik edib -

Maliyyə Nazirliyinin kollektivi şəhid övladlarını Novruz bayramı münasibətilə təbrik edib - FOTO

18 Mart 2025

Martın 18-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparatı və tabeli qurumlarının əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət edərək onların övladlarını təbrik ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı şəhid ailələrinə dövlətin daim qayğı göstərdiyi, onların hər zaman diqqət mərkəzində olduğu vurğulanıb. Bayram münasibətilə şəhid övladlarına hədiyyələr təqdim edilib, onlara xoş arzular çatdırılıb.
Novruz bayramının ən böyük mənası birlikdə sevincin bölüşülməsindədir. Şəhid övladları üçün Novruz təkcə təbiətin oyanışı deyil, həm də

Vətən sevgisinin, milli həmrəyliyin ifadəsidir. Onlar baharın yenilənən ümid çiçəkləri kimi gələcəyə inamla baxır, böyük bir ailənin – Vətənin övladları olduqlarını hər zaman hiss edirlər.

Bayram tonqalları kimi parlayan bu ümid işığını qorumaq, şəhidlərimizin bizə əmanət qoyduğu dəyərləri yaşatmaq hər birimizin borcudur. Novruz bayramı Vətən uğrunda canından keçənlərin ailələrinə də sevinc gətirsin, hər bir şəhid övladının qəlbində bahar çiçəkləri açsın!