Azərbaycan karateçiləri Çində iki bürünc medal qazanıblar

Azərbaycan karateçiləri Çində iki bürünc medal qazanıblar

16 Mart 2025

Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa"da iki bürünc medal qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, yığma sözügedən yarışda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.