
Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə komitənin idmançıları və onların məşqçiləri də iştirak ediblər.
Fərid Qayıbov çıxış edərək komitənin yeni rəhbərliyini təbrik edib, birgə layihələrin təşkili, regionlarda xüsusi ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Xüsusi Olimpiya Komitəsinin yeni sədri Vüqar Behbudov regionlarda bu sahədə kütləviliyin artırılması, qurumun gələcək inkişaf strategiyasının hazırlanmasının əsas prioritetlər sırasında olduğunu qeyd edib.
İdmançılar və onların məşqçiləri iştirak etdikləri yarışlar, əldə etdikləri nəticələr barədə məlumat verib, növbəti turnirlərdə iştirakın təmin olunmasının, motivasiya baxımından davamlı dəstəyin vacibliyini vurğulayıblar.