Komitə tərəfindən növbəti maarifləndirici tədbir keçirilib -

Komitə tərəfindən növbəti maarifləndirici tədbir keçirilib - FOTO

22 Aprel 2025

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Mediasiya Təşkilatının və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə münaqişələrinin həlli üçün mediasiyanın rolunun gücləndirilməsi” mövzusundap maarifləndirici tədbir keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Daha sonra söz Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyevə verilmişdir. E.Həziyev öz növbəsində çıxış edərək fundamental ailə dəyərlərimiz sisteminin tarixən formalaşmış prinsiplərindən, dövlətin ailənin dayaqlarının möhkəmləndirilməsi və uşaqların sağlam inkişafı üçün mühüm hüquqi mexanizmlər formalaşdırdığından bəhs etmişdir. E.Həziyev bundan başqa, mediasiyanın vətəndaşlara da məhkəmə proseslərinə getmədən, mediasiya prosesində iştirak etməklə mübahisələrin qısa vaxt ərzində, peşəkar hüquqi yardımdan istifadə etmədən həll edilə biləcəyini vurğulamışdır. 

Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırmış, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat vermiş, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs etmişdir. 

Tədbirdən 85 nəfər yararlandı.