Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq

08 Aprel 2025

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, yarışın ikinci günündə Nurəddin Novruzov (61 kq), Ağanəzər Novruzov (71 kq), Arseniy Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildeşvili (125 kq) ilk görüşlərini keçirəcək.

Bu gün həmçinin Orxan Abasov (79 kq) təsəlliverici görüşə çıxacaqsa, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal uğrunda yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.