
Naxçıvanda "Görmək gözəldir" adlı oftalmoloji tibbi aksiyaya start verilir
Konstitusiya və Suverenlik ili çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Görmək gözəldir" adlı oftalmoloji tibbi aksiyaya start verilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya Naxçıvan Muxtar Respublikası əhalisinin göz sağlamlığının qorunmasına yönəlib. Tədbir çərçivəsində bölgələrdə ödənişsiz müayinələrlə yanaşı, əhali arasında maarifləndirmə tədbirləri də keçiriləcək.
İlk tibbi müayinələr 15 aprel tarixində Ordubad rayonunun Dırnıs kəndindəki Ailə Sağlamlıq Mərkəzində aparılacaq. Əhalinin ödənişsiz oftalmoloji müayinəsi nəzərdə tutulur.
Aksiyanın digər bölgələri də əhatə etməsi planlaşdırılır.