Naxçıvanda aprelin 15-nə olan hava proqnozu

Naxçıvanda aprelin 15-nə olan hava proqnozu

15 Aprel 2025

Naxçıvan Muxtar Respublikasında aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Qərb küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə saatlarında 9-14° isti, gündüz isə 18-23° isti olacağı gözlənilir.