
Naxçıvanda aprelin 8-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çağacağı, yüksək dağlıq ərazilərə isə sulu qar düşəcəyi gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 9-14 metr arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 3-8°, gündüz isə 20-25° isti olacağı proqnozlaşdırılır.