Naxçıvanda aprelin 9-na olan hava proqnozu

Naxçıvanda aprelin 9-na olan hava proqnozu

09 Aprel 2025

Naxçıvan Muxtar Respublikasında  aprelin 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün müxtəlif vaxtlarında fasilələrlə yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 4-9°, gündüz isə 20-25° isti olacağı proqnozlaşdırılır.