
Naxçıvanda aprelin 12-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Qərb küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə saatlarında 9-14° isti, gündüz isə 18-23° isti olacağı gözlənilir.