Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində inkişaf imkanları müzakirə edilib

Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində inkişaf imkanları müzakirə edilib

20 Noyabr 2024

Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.