Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunur

Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunur

19 Noyabr 2024

Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.

O qeyd edib ki, bir sıra bölgələrdə soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda qeyd edilən vəziyyətin şagirdlərin məktəblərdən yayınmasına səbəb olduğunu nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr – 15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var.