Azərbaycan-Əlcəzair Hökumətlərarası Birgə Komissiyanın yaradılması sazişi təsdiqlənib

Azərbaycan-Əlcəzair Hökumətlərarası Birgə Komissiyanın yaradılması sazişi təsdiqlənib

15 Dekabr 2025

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş" təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənəd 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmışdı.