"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib - FƏRMAN
"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumay verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti üç ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını və digər məsələləri həll etməlidir.








