Azərbaycan ətraf mühitin mühafizəsi xərclərini 3 % artırıb
2025-i ildə Azərbaycanda dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə 374,2 milyon manat xərclənib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,3 milyon manat və yaxud 3,4 % çoxdur.
Hesabat dövründə ətraf mühitin mühafizəsi xərcləri faktiki xərclərin 1 %-ni təşkil edib.








