
Azərbaycan neft ixracını 4 % artırıb
Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 778 min 403,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 672 milyon 800,77 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 % çox, dəyəri isə 5,4 % azdır.
Ötən iki ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 56,08 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.