Yanvarda qeydə alınan nikah və boşanmaların sayı məlum olub

Yanvarda qeydə alınan nikah və boşanmaların sayı məlum olub

17 Mart 2025

Yanvar ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma halları qeydə alınıb.

2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb.