İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17 Mart 2025

Azərbaycan Prezidenti İlham Əliyev şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu göndərib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli xanım Prezident,                                         

Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".