
Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzində rəhbər şəxslər üçün təlim keçirilib
Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzində rəhbər şəxslər üçün təlim keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Təlimin açılışında qurumun rəis müavini Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru, millət vəkili Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetinin rəhbəri Dr. Adrian Victor Vevera iştirak etiblər.
A. İsmayılov qeyd edib ki, texnologiyanın sürətli inkişafı, internetin və kibertəhlükəsizlik sahələrinin gündəlik həyatımızda önəminin artdığı bir zamanda diplomatiya sahəsində də yeni bir mərhələ yaranıb. O, bildirib ki, Tvinninq Mərkəzinin ilk təlimi ölkənin sahə üzrə siyasətinin müəyyənləşdirilməsi üçün Avropa İttifaqı, ABŞ, Çin və s. kimi ölkələrin kiberdiplomatiya sahəsində konseptual yanaşmaları ilə tanışlığa şərait yaradacaq.
Təlim Azərbaycanın rəsmi şəxslərinin və dövlət qurumlarının kiberdiplomatiya, kibertəhlükəsizlik və rəqəmsal sahədə beynəlxalq əməkdaşlıq bacarıqlarını gücləndirmək məqsədilə həyata keçirilib.
Rəhbər şəxslər üçün təşkil olunan bu təlim iştirakçılara kiberdiplomatiya sahəsində daha geniş bir perspektiv və təcrübə qazandıracaq, onları Azərbaycanın bu sahədəki müvafiq qərarlarını və fəaliyyətini beynəlxalq səviyyədə uğurla tətbiq etməyə imkan yaradacaq.
Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi ötən il Azərbaycanda keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında imzalanmış Anlaşma Memorandumu əsasında yaradılıb.