Maliyyə Nazirliyinin kollektivi Sosial Reabilitasiya Müəssisəsinin sakinlərini və aztəminatlı ailələri ziyarət edib -

Maliyyə Nazirliyinin kollektivi Sosial Reabilitasiya Müəssisəsinin sakinlərini və aztəminatlı ailələri ziyarət edib - FOTO

17 Mart 2025

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Novruz bayramı münasibətilə “Çətin həyat şəraiti olan şəxslər üçün” Sosial Reabilitasiya Müəssisəsinin sakinlərini və aztəminatlı ailələri ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Nazirlik əməkdaşları müəssisə sakinlərinə bayram hədiyyələri təqdim edərək, onları Novruz bayramı münasibətilə təbrik ediblər. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bayramın onlara bəxş etdiyi sevinc hissindən danışıblar.

Bununla yanaşı, aztəminatlı ailələrə də bayram münasibətilə sovqatlar çatdırılıb. Novruz bayramı milli-mənəvi dəyərlərimizi yaşadan, insanları birlik və həmrəyliyə sövq edən əlamətdar bayramlardan biridir. Paylaşma və həmrəylik ruhunu yaşadan bu bayramda da Nazirliyin kollektivi mənəvi dəyərlərə sadiq qalaraq insanların sevincinə şərik olmağa davam edir.