Əli Əsədov Birol Akgünlə görüşüb

Əli Əsədov Birol Akgünlə görüşüb

17 Mart 2025

Azərbaycan Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.