Ali Məclis deputatlarının fevral ayında  keçirdiyi qəbullarda 447 vətəndaş iştirak edib

Ali Məclis deputatlarının fevral ayında keçirdiyi qəbullarda 447 vətəndaş iştirak edib

17 Mart 2025

2025-ci ilin fevral ayında VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 44 deputatı tərəfindən yerlərdə 57 dəfə vətəndaş qəbulu keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu görüşlərdə, ümumilikdə, 447 nəfər iştirak edib, 205 vətəndaş müraciəti qəbul olunub. İşlə təminat, sosial yardım, mülkiyyət hüququ və digər məsələlərlə bağlı olan müraciətlərin həlli istiqamətində işlər aparılıb, aid qurumlarla əlaqələndirilib.