Prokurorlar Ordubad şəhər internat məktəbinin şagirdlərini ziyarət ediblər -

Prokurorlar Ordubad şəhər internat məktəbinin şagirdlərini ziyarət ediblər - FOTO

17 Mart 2025

Naxçıvan Muxtar Respublikası Prokurorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və Novruz Bayramı münasibətilə bağlı martın 17-də Naxçıvan Muxtar Respublikası Prokuroluğunun bir qrup əməkdaşı Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərini ziyarət edərək onlara hədiyyələr təqdim ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məktəbdə təhsil alan 60 şagirdə məktəb ləvazimatları, ərzaq məhsulları və geyim ləvazimatları hədiyyə ediblər.

Sonda şagirdlərlə xatirə şəkli çəkdirilib.